Azərbaycan və Bosniya və Herseqovina minatəmizləmə sahəsində əməkdaşlıq edəcək

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 23 dekabr 2021 13:22 (UTC +04:00)

Bosniyalı həmkarımla keçmiş Ermənistan-Azərbaycan münaqişəsini də müzakirə etdik, həmkarıma son vəziyyət barədə məlumat verdim.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bosniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müharibə dövründə və daha əvvəl Bosniya və Herseqovina Azərbaycanın beynəlxalq hüquqa əsaslana mövqeyini birmənalı şəkildə dəstəkləyib: “Buna görə xanım nazirə təşəkkür edirəm. Biz mövcud vəziyyət, postmünaqişə dövründə ölkəmizin atdığı addımlar, son həftələr ərzində Brüsseldə və Soçidə keçirilən görüşlər və onların nəticələri barədə həmkarıma məlumat verdim. Bosniya və Herseqovina öz təcrübəsində müharibə acılarını yaşamış ölkədir. Ona görə də onlar bu həssaslığı başa düşür. Bu ölkənin parlamenti Xocalı ilə bağlı qətnamə qəbul edib, soyqırımını sərt şəkildə qınayıb”.

Nazir qeyd edib ki, ANAMA və Bosniya və Herseqovina müvafiq qurumu arasında təmaslar yaradılıb və bu sahədə əməkdaşlıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR