Azərbaycan və Serbiyanın nazirləri təhlükəsizlik məsələsini müzakirə edib

Azərbaycan və Serbiyanın nazirləri təhlükəsizlik məsələsini müzakirə edib
# 23 sentyabr 2022 07:58 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Serbiyanın xarici işlər naziri ilə Nikola Selakoviç ilə görüşüb.

APA xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov “Twitter” hesabında paylaşım edib.

“Serbiyanın XİN rəhbəri Nikola Selakoviçlə görüşməkdən və Azərbaycanla Serbiya arasında dostluq və strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik gündəliyində duran məsələləri müzakirə etməkdən məmnunam”, - deyə Ceyhun Bayramov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR