Azərbaycan XİN İtaliyaya başsağlığı verib

Azərbaycan XİN İtaliyaya başsağlığı verib
# 25 may 2023 10:28 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyada baş verən təbii fəlakətlə əlaqədar bu ölkəyə başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN "Twitter" hesabında paylaşım edib.

"İtaliyanın Emilia-Romanya regionunda baş vermiş təbii fəlakət nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. İtkin düşənlər üçün dua edirik və zərər çəkənlərə şəfa diləyirik. Ürəyimiz İtaliya xalqının yanındadır", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, İtaliyada sel fəlakəti nəticəsində ölənlərin sayı 15-i keçib, 23 minə qədər şəxs evini tərk etmək məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR