Azərbaycanın ABŞ-dakı səfirliyində elektron növbə xidməti yaradılıb

Azərbaycanın ABŞ-dakı səfirliyində elektron növbə xidməti yaradılıb
# 01 noyabr 2022 19:42 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyində konsulluq qəbulu üçün elektron növbə xidməti istifadəyə verilib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu gündən etibarən Səfirliyin Konsulluq bölməsində qəbula yazılmaq istəyən şəxslər üçün elektron növbə platforması istifadəyə verilmişdir. Pasportların yenilənməsi, Notariat xidmətlər, Nikahın qeydə alınması və Nikahın pozulmasının qeydə alınması kimi şəxsən iştirak tələb olunan müraciətlər üçün qeyd olunan platforma vasitəsilə qəbula yazılmağınız xahiş olunur", səfirliyin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR