31 may 2023-cü il tarixində Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfini isə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin təmsil edib.
Məsləhətləşmələr zamanı Azərbaycan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyində olan siyasi, iqtisadi, humanitar və digər aktual mövzular, müqavilə-hüquq bazasının genişləndirilməsi, regional əməkdaşlıq və təhlükəsizlik, o cümlədən qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətləri regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərin, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində əldə olunan bütün razılaşmaların icrası istiqamətində ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.
Azərbaycanla Rusiya arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib
01 iyun 2023 11:15 (UTC +04:00)
Xarici siyasət
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb
22:38
8 may 2024
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
22:15
8 may 2024
Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh sazişinin ən qısa zamanda imzalanmasını vacib sayır
20:07
8 may 2024
Ceyhun Bayramov İsrail XİN siyasi direktoru ilə görüşüb
20:00
8 may 2024