Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Prezidenti ilə görüşündə iştirak edib

Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Prezidenti ilə görüşündə iştirak edib
# 09 iyun 2023 20:56 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb.

Ə.Əsədov görüşdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Baş nazir Azərbaycan-Rusiya strateji tərəfdaşlığının ikitərəfli gündəliyində yer alan məsələlərə də toxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR