Bayden: ABŞ və Azərbaycan xalqları arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm

Bayden: ABŞ və Azərbaycan xalqları arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm
# 27 mart 2023 18:58 (UTC +04:00)

Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirilib.

“Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm”, - məktubda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR