Blinken: “ABŞ sülhün olduğu Cənubi Qafqazı dəstəkləməyə sadiq qalır”

Blinken: “ABŞ sülhün olduğu Cənubi Qafqazı dəstəkləməyə sadiq qalır”
# 08 noyabr 2022 17:54 (UTC +04:00)

“ABŞ sülhün olduğu Cənubi Qafqaz regionunu dəstəkləməyə sadiq qalır”.

APA xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken "Twitter"də bildirib.

“Dünən tarixi “Blair House”da (Prezidentin Qonaq Evi) birbaşa ikitərəfli müzakirələr üçün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanı qonaq etdim. ABŞ sülhün olduğu Cənubi Qafqaz regionunu dəstəkləməyə sadiq qalır”, - Blinken vurğulayıb.

Xatırladaq ki, noyabrın 7-də Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR