Britaniyalı professor: “Azərbaycan regionda çox mühüm təşəbbüslər irəli sürür” - VİDEO

Rick Fawn

© APA | Rick Fawn

# 29 aprel 2022 15:32 (UTC +04:00)

“Region üçün çox həyəcanlı bir dövrdür. Azərbaycan regionda çox mühüm təşəbbüslər irəli sürür”.

APA xəbər verir ki, bunu “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumda iştirak edən Böyük Britaniyanın St Andrews Universitetinin professoru Rick Fawn deyib.

O bildirib ki, azad olunmuş əraziləri, Şuşanı görmək onlar üçün möhtəşəm fürsətdir.

“Mən bunu çoxdan gözləyirdim, amma işğal zamanı Azərbaycanın Qarabağa icazəsiz getməmək tələbinə hörmətlə yanaşırdım. Biz burada böyük və surətli yenidənqurma işləri gördük. Və bu gün (Prezidentin çıxışı zamanı – red.) regionun gələcəkdə inkişafına dair detallı planları eşitdik”, - britaniyalı professor qeyd edib.

O, Azərbaycanın azad olunmuş ərazilərdə müasir texnologiya, “ağıllı şəhər” konsepti və innovasiyalardan yararlandığını qeyd edib, bu ərazilərdə Ermənistan tərəfindən törədilmiş dağıntıların gözdən qaçmasının da mümkün olmadığını vurğulayıb.

O əlavə edib ki, Azərbaycan minalardan təmizləmə prosesini təkbaşına öz çiyinlərində daşıya bilməz, burada beynəlxalq əməkdaşlıq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR