Bu il Azərbaycan-Rumıniya birgə iqtisadi komissiyasının iclası keçiriləcək

Bu il Azərbaycan-Rumıniya birgə iqtisadi komissiyasının iclası keçiriləcək
# 02 fevral 2023 19:43 (UTC +04:00)

“Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik”.

APA-nın xəbərinə görə, bunu bu gün Rumıniya Prezidenti Klaus Yohannislə geniş tərkibdə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, birgə iqtisadi komissiya ötən il görüşüb və bu il görüşəcək: “Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR