CAR Milli Assambleyasının sədri: “QH Parlament Şəbəkəsi qlobal əməkdaşlığı gücləndirəcək”

Nosivive Mapisa-Nkakula

© APA | Nosivive Mapisa-Nkakula

# 30 iyun 2022 14:25 (UTC +04:00)

CAR beynəlxalq sülh naminə Qoşulmama Hərəkatının səylərini dəstəkləyib və bunu davam etdirir.

APA xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Cənubi Afrikanın Milli Assambleyasının sədri Nosivive Mapisa-Nkakula bildirib.

O deyib ki, dünya qlobal çətinliklərlə üzləşir, pandemiya və onun nəticələri, sosial qeyri-bərabərlik, münaqişələr, böhranlar, iqlim dəyişikliyi günün reallığıdır.

Spiker qeyd edib ki, Qoşulmama Hərəkatı dekolonizasiya və Aparteidlə mübarizədə əhəmiyyətli rol oynayıb, “Soyuq Müharibə” dövründə bu platforma inkişaf etməkdə olan ölkələrin səsi olub.

CAR rəsmisi Qoşulmama Hərəkatının canlandırılmasının, reallıqlara adaptasiya olmasının əhəmiyyətini vurğulayıb:

“Parlament Şəbəkəsi prinsiplərimizin gücləndirilməsində rol oynayacaq, parlamentlərarası dialoqu, regional və qlobal əməkdaşlığı gücləndirəcək.

Biz inanırıq ki, dayanıqlı sülh dialoq vasitəsilə mümkündür”.

O, Rusiya və Ukrayna arasında gedən müharibəyə də toxunub: “İndi Qoşulmama Hərəkatı olaraq üzərimizə məsuliyyət düşür. Biz insanların həyatı naminə dialoqu, sülhü, təşviq etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR