Çavuşoğlu: Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəkləyirik

Çavuşoğlu: Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəkləyirik
# 02 avqust 2022 10:54 (UTC +04:00)

Azərbaycanla Özbəkistanın balanslaşdırılmış və təmkinli siyasəti hər kəs tərəfindən alqışlanır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Özbəkistanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi ilə münasibətlər müttəfiqlik səviyyəsinə qalxıb:

“Azərbaycanın şanlı zəfəri ilə əməkdaşlığın tərəfdarı olan ölkələr üçün Cənubi Qafqazda yeni fürsətlər ortaya çıxıb. Bunu qiymətləndirməyə dəvət edirik. Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyirik. Şərqi Zəngəzur və Qarabağ bölgəsində yenidənqurma işlərinə lazım olan dəstəyi veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR