Çavuşoğlu: Beynəlxalq aktorlar da Orta Dəhlizə daha çox maraq göstərir

Çavuşoğlu: Beynəlxalq aktorlar da Orta Dəhlizə daha çox maraq göstərir
# 25 noyabr 2022 11:50 (UTC +04:00)

Şərq-Qərb istiqamətində Orta Dəhlizin əhəmiyyəti hər gün daha da artmaqdadır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə bildirib.

O qeyd edib ki, 2022-ci ildə bu dəhlizlə daşınan malların həcminin keçən ilə nisbətdə 6 dəfə daha çox, yəni 3,2 milyon ton olması gözlənilir.

Nazirin sözlərinə görə, beynəlxalq aktorlar da Orta Dəhlizə daha çox maraq göstərir.

“Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələr strateji xarakter daşıyır. Azərbaycanın işğal altındakı torpaqları azad etməsi yeni imkanlar yaratdı. Qarabağı dünyaya açan Füzuli və Zəngilan hava limanlarını açdıq”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR