Çavuşoğlu: “Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü yanvarda baş tuta bilər”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 30 dekabr 2021 22:10 (UTC +04:00)

“Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrinin ilk görüşü 2022-ci ilin yanvarında baş tuta bilər”.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV24” kanalına müsahibəsində deyib.

Nazir bildirib ki, görüşün dəqiq vaxtı hələ razılaşdırılmayıb, lakin yanvarda baş tutacağı gözlənilir.

M.Çavuşoğlu, həmçinin, əlavə edib ki, yaxın günlərdə İstanbul və İrəvan arasında aviareyslər açılacaq.

Qeyd edək ki, Türkiyə tərəfdən ABŞ-dakı keçmiş səfir Serdar Kılıç, Ermənistan tərəfdən isə parlamentin vitse-spikeri Ruben Rubinyan xüsusi nümayəndə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR