Cefri Payat: Enerjinin Avropa ötürülməsi ilə bağlı təşəbbüsün nəticəsi barədə bazar qərar verəcək

Cefri Payat: Enerjinin Avropa ötürülməsi ilə bağlı təşəbbüsün nəticəsi barədə bazar qərar verəcək
# 01 iyun 2023 19:24 (UTC +04:00)

Hesab edirəm ki, Qara Dəniz vasitəsilə enerjinin Cənubi Qafqazdan Avropa ötürülməsi ilə bağlı təşəbbüsün nəticəsi barədə bazar qərar verəcək.

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payat jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vacib olan hökumətin bu təşəbbüsün imkanlarını araşdırmaq üçün göstərdiyi sadiqlik və bu istiqamətdə irəliləmək istəyidir: “Rumıniyanın enerji naziri ilə görüşmək imkanım oldu, bildiyiniz kimi bu təşəbbüsdə Rumıniya vacib tərəfdaşdır. Rumıniyalı nazir də demək olar ki, eyni məqamı vurğuladı. Biz indi bu təşəbbüsün necə nəticələnəcəyi barədə bir söz deyə bilmərik. Bazar nəyin mümkün olub-olmayacağını müəyyən edəcək”.

Cefri Payat oxşar məsələ ilə ABŞ-da da üzləşdiklərini vurğulayıb: “ABŞ-ın bərpaolunan enerji ilə bağlı böyük imkanları var".

Amerikalı rəsmi qeyd edib ki, o, innovasiyaların belə layihələrin reallaşmasına imkan verəcəyinə inanır: "Enerji keçidi insanların gözlədiyindən daha sürətlə baş verir. Yeni innovasiyalar prosesin sürətli keçidini mümkün edir."

O, vurğulayıb ki, bu regionun enerji və külək enerjisi ilə yanaşı geotermal enerji potensialı da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR