Ceyhun Bayramov Mirzoyanla növbəti telefon danışığını istisna etməyib

Ceyhun Bayramov Mirzoyanla növbəti telefon danışığını istisna etməyib
# 26 may 2022 15:47 (UTC +04:00)

Aprel ayında Brüsseldəki görüşdən sonra Ermənistan XİN başçısı Ararat Mirzoyanla telefon danışığımız baş tutdu. Bu, Brüssel görüşündə əldə edilən razılaşmalarla bağlı idi.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycan delimitasiya komissiyası ilə bağlı yanaşmasını qarşı tərəfə təqdim etmişdi.

“Telefon danışıqları görüşlərdə əldə olunan razılaşmaların icrasının həyata keçirilməsi ilə bağlıdır. Hazırda növbəti telefon danışığının olacağı ilə bağlı tarix yoxdur. Ancaq ehtiyac olacağı təqdirdə növbəti telefon danışıqlarını istisna etmirəm”, - XİN rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR