Ceyhun Bayramov: “Postmünaqişə dövrü region üçün böyük imkanlar açır”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 07 iyul 2022 10:22 (UTC +04:00)

44 günlük müharibədə 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqları Azərbaycan Ordusunun şücaəti ilə azad olunub. Bu, Azərbaycan tarixin ən şanlı səhifələrindən biridir.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə Diplomatiya Həftəsinin açılış mərasimində deyib.

Nazirin sözlərinə görə, postmünaqişə dövrü həm Azərbaycan, həm də region üçün böyük imkanlar açır: “Azərbaycan sülh gündəliyini gündəmə gətirib. Müharibə başa çatdıqdan sonra ən yüksək səviyyədə Ermənistana sülh müqaviləsi üzərində işləmək təklif olunub, Azərbaycan bu istiqamətdə əməli addımlar atıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR