Ceyhun Bayramov Slovakiya Milli Şurasının sədri ilə görüşüb

Ceyhun Bayramov Slovakiya Milli Şurasının sədri ilə görüşüb
# 07 iyun 2023 13:49 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" hesabında bildirib.

Görüşdə tərəflər Azərbaycan - Slovakiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi ətrafında müzakirələr aparıb, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR