Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistana istənilən effektiv formatda kömək etməyə hazırdır

Ned Prays

© APA | Ned Prays

# 27 iyul 2022 11:53 (UTC +04:00)

ABŞ öz həmfikir tərəfdaşları ilə Azərbaycan və Ermənistana istənilən effektiv formatda kömək etməyə hazırdır.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə deyib.

Onun sözlərinə görə, Dövlət Departamenti öz bəyanatlarında da bildirib ki, ABŞ öz həmfikir tərəfdaşları ilə bu iki ölkəyə (Azərbaycan və Ermənistana) hansı format daha effektivdirsə, o formatda kömək etməyə hazırdır.

Ned Prays Ermənistan və Azərbaycana uzunmüddətli, hərtərəfli sülhü tapmaqda kömək etmək üçün bu ölkələrlə ikitərəfli əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR