Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları başa çatıb - VİDEO  - YENİLƏNİB
# 10 may 2024 18:38 (UTC +04:00)

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları başa çatıb.

APA xəbər verir ki, danışıqlar 4 saatdan çox davam edib.

Danışıqlar sabah davam etdiriləcək.

***

15:25

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb.

APA xəbər verir ki, görüş Qazaxıstanın Almatı şəhərində keçirilir.

Qeyd edək ki, ikitərəfli görüşdən daha əvvəl Qazaxıstan xarici işlər nazirinin iştirakı ilə üçtərəfli görüş keçirilib.

***

14:03

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.

APA-nın Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir.

Görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR