Eldar Namazov: “Geopolitik mübarizə Azərbaycan-Ermənistan danışıqlarına təsir edir”

Eldar Namazov

© APA | Eldar Namazov

# 28 sentyabr 2022 11:35 (UTC +04:00)

Geopolitik mübarizə Azərbaycan-Ermənistan danışıqlarına təsir edir.

APA xəbər verir ki, bunu 1993-1999-cu illərdə Azərbaycan Prezidentinin köməkçisi olmuş Eldar Namazov Azərbaycan beyin mərkəzlərinin I Forumunda deyib.

“Bu gün Ermənistan Baş naziri Fransaya səfər edir, müdafiə nazirini, Təhlükəsizlik Şurasının katibini isə Vaşinqtona göndərir. Ermənistanın geopolitik seçim amili Azərbaycanla danışıqlarda çox ciddi rol oynayır. Bu danışıqlara, görüşlərə əsasən onlar normallaşma istiqamətində hansı səviyyədə dialoq getməli olduğunu, yoxsa status-kvonun olduğu kimi qalmasına qərar verə bilərlər. Bütün bunlar Ermənistan üçün vacibdir”, - politoloq vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR