Baş nazir Əli Əsədov Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.
Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa dair aktual məsələlər müzakirə edilib.