Ərdoğan: “Türkiyə-Azərbaycan əməkdaşlığının Avropa enerji təhlükəsizliyi üçün önəmi artıq daha yaxşı dərk olunur”

Ərdoğan: “Türkiyə-Azərbaycan əməkdaşlığının Avropa enerji təhlükəsizliyi üçün önəmi artıq daha yaxşı dərk olunur”
# 04 iyun 2022 12:30 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Forumuna məktub ünvanlayıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakı Enerji Həftəsi çərçivəsində Qarabağın simvol şəhəri Şuşada keçirilən paneldə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.

APA xəbər verir ki, məktubda bildirilir:

"Bakı Enerji Həftəsi münasibətilə təşkil olunan bütün tədbirlərin xeyirli, uğurlu olmasını arzulayıram. Bütün sahələrdə olduğu kimi enerji sahəsində də can Azərbaycanla mükəmməl şəkildə davam edən əməkdaşlığımız ölkələrimiz və regionumuz üçün strateji önəm kəsb edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri, Trans Anadolu qaz xətti, TANAP kimi meqa infrastrukturları həyata keçirməklə regional və qlobal enerji təhlükəsizliyinə həyati töhfə vermişik. Hazırda yaşadığımız kritik dövrdə TANAP-ın əsas sütununu təşkil etdiyi Cənub Qaz Dəhlizi Avropanın dördüncü ən böyük qaz tədarükçüsü rolunu oynayır. Cənub Qaz dəhlizi ilə bu günə qədər Türkiyəyə 15 milyard, Avropa ölkələrinə isə 10 milyard kub təbii qaz nəql olunub. İlham qardaşımla birgə münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz Şuşa Bəyannaməsində də vurğuladığımız kimi Cənub Qaz Dəhlizinin imkanlarının artırılmasına önəm veririk. Beynəlxalq miqyasda inkişaf atdığımız addımların nə qədər effektiv olduğunu göstərir. Türkiyə-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyi üçün daşıdığı həyati önəm artıq daha yaxşı idrak olunur. Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycanın bərpa olunan enerji sahəsində ortaya qoyduğu mövqe regional sabitlik və rifahın yüksəldilməsi baxımından yolgöstərici olur. Bu mənada Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgəsi elan edilməsi də son dərəcə yerində bir addımdır. Enerjinin və enerji təhlükəsizliyinin önəminin getdikcə artdığı bir vaxtda təşkil olunan Bakı Enerji Həftəsinin uğurlarının davamlı olmasını diləyir, bütün iştirakçıları səmimi qəlbdən salamlayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR