Ermənistanın hərbi təxribatı Bolqarıstan mətbuatında işıqlandırılıb

Ermənistanın hərbi təxribatı Bolqarıstan mətbuatında işıqlandırılıb
# 14 sentyabr 2022 15:51 (UTC +04:00)

Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş geniş miqyaslı hərbi təxribat və Azərbaycan tərəfinin cavab tədbirləri ilə bağlı həqiqətlər Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən xəbərə görə, ölkənin aparıcı xəbər agentliklərinin yaydığı məlumatlarda Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində aparılan təxribat-diversiya fəaliyyətləri, o cümlədən müvafiq ərazi və yolların minalanması, Azərbaycan Ordusu bölmələrinin mövqelərinin intensiv atəşə tutulması barədə bəhs edilir və bu hərəkətlərin hərbi və mülki şəxslər arasında tələfatla nəticələndiyi qeyd olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi təhdidlərin qarşısını almaq, hərbi heyət və mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusu tərəfindən cavab tədbirlərinin görüldüyü barədə məlumat verilir, eləcə də erməni tərəfinin yaydığı həqiqəti əks etdirməyən məlumatlar ifşa edilir.

Xəbərlərdə post-münaqişə dövründə Azərbaycanın təklif etdiyi beş prinsip açıqlanaraq, onların qəbul edilməsinin Bolqarıstan da daxil olmaqla geniş Qara dəniz regionu üçün böyük faydalar vəd etdiyi bildirilir.

Eyni zamanda, Ermənistan Respublikasının hərbi təxribatı ilə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Bolqarıstan Milli Radiosuna müsahibə verib. Müsahibədə baş vermiş təxribatla bağlı ətraflı məlumat təqdim edilib və qeyri-qanuni erməni silahlı birləşmələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmaması, habelə Ermənistanın Azərbaycanın beynəlxalq sərhədlərinin tanımamasının müvafiq təxribatlara əsas yaratdığı və bölgədə daimi təhlükə mənbəyi təşkil etdiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR