Filip Riker və Mirzoyan Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib

Filip Riker və Mirzoyan Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib
# 09 sentyabr 2022 16:04 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker Ermənistana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə tərəflər regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Filip Riker və Ararat Mirzoyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını, o cümlədən Qarabağı müzakirə ediblər.

Qeyd edək ki, Filip Rikerin Ermənistana səfəri sabah başa çatır.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR