Fuat Oktay: Azad edilmiş ərazilərdə erməni vəhşiliyinin şahidi olduq

Fuat Oktay

© APA | Fuat Oktay

# 05 noyabr 2022 15:49 (UTC +04:00)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın törətdiyi vəhşiliklərin şahidi olduq. Füzulidən Şuşaya qədər ərazilər yerlə bir edilib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay Şuşada Azərbaycanın Baş naziri Əli Əsədovla birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, azərbaycanlıların qovulduğu ərazilərdə ot belə bitmirdi və bütün dünya bunun şahidi olmalıdır.

Oktay, həmçinin azad edilmiş ərazilərdə Azərbaycanın həyata keçirdiyi yenidənqurma işlərindən çox məmnun olduğunu qeyd edib: “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası ilə bağlı Azərbaycanda, Şuşadayıq. Şairlər, yazarlar, musiqiçilər, qəhrəmanlar, alimlər şəhəri Şuşadayıq”.

Fuat Oktay bu günlərdə Azərbaycanın Zəfərinin ikinci ildönümünün qeyd olunacağını xatırladıb: “Azərbaycanda, xüsusən Şuşada tək millət olmağın nə demək olduğunu bir daha hiss etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR