Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək

Armen Qriqoryan, Hikmət Hacıyev

© APA | Armen Qriqoryan, Hikmət Hacıyev

# 29 aprel 2022 18:34 (UTC +04:00)

Brüsseldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçiriləcək.

APA xəbər verir ki, bu barədə Armen Qriqoryan “Azadlıq Radiosu”nun efirində bildirib.

Onun sözlərinə görə, görüş mayın 2-də baş tutacaq.

“Azərbaycan və Ermənistanla bağlı məsələləri müzakirə edəcəyik. Əgər biz bütün suallara cavab tapa bilsək, o zaman ölkə liderlərinin Brüsseldə görüş imkanını müzakirə edə bilərik”, - Armen Qriqoryan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR