Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşüb

Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşüb
# 19 avqust 2022 19:36 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

APA xəbər verir ki, bu barədə Aİ-nin xüsusi nümayəndəsi "Twitter"də bildirib.

"Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə yaxşı və əsaslı müzakirələrimiz oldu", o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR