Hikmət Hacıyev: "TDT-yə üzv dövlətlərə qarşı çirkli və saxta təbliğat kampaniyaları bu gün də davam edir"

Hikmət Hacıyev

© APA | Hikmət Hacıyev

# 14 may 2022 13:11 (UTC +04:00)

"Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərə qarşı çirkli və saxta təbliğat kampaniyaları bu gün də davam edir".

APA-nın İstanbul müxbiri xəbər verir ki, bunu İstanbulda keçirilən TDT media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısında çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk günlərindən bu cür hücumlara məruz qalıb: “Xüsusilə 44 günlük Qarabağ müharibəsi zamanı biz müharibənin psixoloji, hibrid elementləri ilə üz-üzə gəldik”.

Hikmət Hacıyev deyib ki, Azərbaycan Qarabağda sülh əməlləri həyata keçirdiyi halda təəssüflər olsun ki, ölkəmizə qarşı informasiya müharibəsi davam etməkdədir:

“Dünya mediasına baxdıqda, erməni lobbi təşkilatları tərəfindən yenə də çirkli təbliğat davam etməkdədir. Bu bir daha onu göstərir ki, bu kimi çirkin təbliğatlara qarşı birgə səylərimizi artırmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR