Hulusi Akar: “Qafqazda davamlı sülh və sabitliyə nail olmaq əsas məqsədimizdir”

Hulusi Akar

© APA | Hulusi Akar

# 08 yanvar 2022 19:31 (UTC +04:00)

"Azərbaycan bizim can qardaşımızdır. İki dövlət tək millət nöqtəsindən hərəkət edərək Azərbaycanın haqlı mübarizələrində onların yanındayıq".

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar mətbuat təmsilçiləri ilə görüşündə deyib. Qafqazda davamlı sülh və sabitliyə nail olmağın əsas məqsəd olduğunu vurğulayan Türkiyənin milli müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana birgə təklif etdiyi sülhün bu ölkə tərəfindən qəbul edilməsinin vacibliyini vurğulayıb: "Cənab Əliyev və cənab prezidentimizin Ermənistana birgə uzatdığı sülh əlinin başa düşülməsi və Ermənistanın uzadılan bu əli qəbul etməsi, bu fürsətdən istifadə edilməsi bizim arzumuz və istəyimizdir. Məsələ tək Azərbaycan - Ermənistan deyil, bütün regionun - Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran - bütövlükdə sabitlik adasına çevrilməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR