İran Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən narahatdır

İran Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən narahatdır
# 13 sentyabr 2022 10:57 (UTC +04:00)

İran Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən narahatdır.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Naser Kənani bildirib.

İran XİN rəsmisi iki ölkə arasında yaranmış mübahisəli məsələlərin həlli üçün rəsmi Tehranın vasitəçilik etməyə hazır olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, İran baş verənləri diqqətlə izləyir, hər iki ölkəni təmkinli davranmağa, yaranmış anlaşılmazlıqları danışıqlar yolu ilə həll etməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR