İshak Hersoq: İsrail öz strateji tərəfdaşı qismində Azərbaycanla münasibətlərin inkişafına önəm verir

İshak Hersoq: İsrail öz strateji tərəfdaşı qismində Azərbaycanla münasibətlərin inkişafına önəm verir
# 30 mart 2023 14:00 (UTC +04:00)

İsrail öz strateji tərəfdaşı qismində Azərbaycanla münasibətlərin inkişafına önəm verir.

APA xəbər verir ki, bu barədə İsrail Prezidenti İshak Hersoq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən bildirib.

İki ölkənin xalqları arasında mövcud olan dostluq və həmrəylik ənənələrinin bu gün ölkələrimiz arasında inkişaf edən münasibətlərin mühüm tərkib hissəsi olduğu bildirilib.

Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə məmnunluqla qeyd edilib. Azərbaycanın İsraildə Səfirliyinin açılmasının münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynayacağına dair əminlik ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR