İsrail Prezidenti: Azərbaycanda olmaqdan məmnunluq duyuram

İsrail Prezidenti: Azərbaycanda olmaqdan məmnunluq duyuram
# 30 may 2023 12:47 (UTC +04:00)

“Hər iki xalq arasında böyük dostluq əlaqələri var. Burada olmaqdan məmnunluq duyuram. Biz bura açıq ürəklə gəlirik. Xalqlarımız arasında böyük dostluq var”.

APA xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşü zamanı deyib.

İsxaq Hersoq əlavə edib ki, Azərbaycan və İsrail arasındakı əlaqələr müsəlmanlarla yəhudilərin sülh içində birgəyaşayışına, açıq dialoq apara biləcəyinə, birlikdə gözəl işlər görə biləcəyinə və dünyanı daha yaxşı edə biləcəklərinə dair mesaj verir.

İsxaq Hersoq Azərbaycan və İsrailin strateji əlaqələrinin sülh, firavanlıq və inkişaf istiqamətində bütün regiona təsir etdiyini vurğulayıb.

“Sizi İsraildə qonaq etməyi səbirsizliklə gözləyirəm”, - İsrailin dövlət başçısı Prezident İlham Əliyevə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR