Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta şirkətlərinin yığımlarının həcmi 1 milyard 115.4 milyon manat olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,4% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 773.2 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 28,1% çoxdur.
Qeyd edək ki, bu dövrdə sığorta bazarının zərərliliyi artıb. Belə ki, ilin ilk 8 ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69.3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57.5 manat olub.