İsraildə Azərbaycan səfirliyinin təntənəli açılış mərasimi keçirilib - VİDEO - YENİLƏNİB

İsraildə Azərbaycan səfirliyinin təntənəli açılış mərasimi keçirilib - VİDEO  - YENİLƏNİB
# 29 mart 2023 20:14 (UTC +04:00)

Bu gün İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

APA-nın İsrailə ezam olunan xüsusi müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri, hər iki ölkənin parlamentariləri, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Mərasim hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycan-İsrail əməkdaşlığının müxtəlif istiqamətlərindən danışıb.

Nazir səfirliyin açılışından sonra İsraildəki Azərbaycan diasporunun fəaliyyətinin də aktivləşəcəyinə əmin olduğunu qeyd edib.

İsrail xarici işlər naziri Eli Kohen 30 illik əməkdaşlıq müddətində səfirliyin açılışının strateji əlaqələrin dərinliyindən xəbər verdiyini vurğulayıb. Azərbaycanı İsrailin strateji tərəfdaşı adlandıran nazir iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib.

Sonra nazirlər səfirliyin adı olan lövhəni təqdim ediblər.

Mərasim Azərbaycan incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.

***

Saat 18:49

İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin təntənəli açılış mərasimi keçirilir.

APA-nın İsrailə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İsrailin xarici işlər naziri Eli Kohen, İsrailin kəşfiyyat naziri Gila Gamliel, Azərbaycan Milli Məclisinin bir qrup deputatı iştirak edir.

Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib.

Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.

Azərbaycanın İsraildəki səfiri vəzifəsinə Muxtar Məmmədov təyin edilib. O, etimadnaməsini İsrail Prezidentinə təqdim edib.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR