İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar
# 05 iyun 2023 10:54 (UTC +04:00)

İsrail Knessetinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri Yuli Edelşteyn və Knessetin deputatı Ram Ben Barak Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar.

APA xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Coirc Dik “Twitter”də paylaşım edib.

“Tələbələrin kibertəhlükəsizliyə olan həvəsi və yüksək səviyyəli təlimləri onları heyran etdi. İsrail-Azərbaycan tərəfdaşlığı inkişaf edir”, - paylaşımda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR