Keçən il Ukraynadan təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub

Keçən il Ukraynadan təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub
# 17 mart 2023 11:06 (UTC +04:00)

Ukraynadan təxliyə olunan vətəndaşlarımızın sayı məlum olub.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2022-ci ilin fevral ayında Ukraynada başlamış müharibə ilə əlaqədar olaraq sözügedən ölkədə yaşayan vətəndaşlarımızın təxliyəsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Ukraynanı quru yol ilə qonşu ölkələrə keçməklə tərk etmiş şəxslərin Moldova və Rumıniyadan Bolqarıstan-Türkiyə-Gürcüstan-Azərbaycan Respublikası marşrutu ilə quru yolla çarter avtobusları və Polşa-Azərbaycan, Rumıniya-Azərbaycan marşrutları ilə çarter uçuşları ilə təxliyəsi təşkil edilib. Müharibə başladıqdan sonra vətəndaşlarım təxliyəsi məqsədilə 20-dən artıq çarter (təyyarə) reysi həyata keçirilib. Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə ümumilikdə 16 mindən çox şəxsin (vətəndaşların və onun ailə üzvü olan xarici ölkə vətəndaşlarının) ölkəmizə təxliyəsi təmin edilib.

Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklər tərəfindən repatriasiya olunmasını istəyən şəxslərin qeydiyyatı həyata keçirilib, münaqişə başlandığı gündən 30 mindən çox şəxslə telefon əlaqəsi yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR