Bank Of Baku

Zelenski Rusiyada neft və logistika obyektlərinə zərbə endirildiyini təsdiqləyib

Ukrayna prezidenti Volodimir Zelesnki

© APA | Ukrayna prezidenti Volodimir Zelesnki

# 18 iyul 2026 12:39 (UTC +04:00)

Prezident Volodimir Zelenski Ukrayna ordusunun Rusiyanın Moskva və Tambov regionlarına dron hücumları etməsini təsdiqləyib.

APA xəbər verir ki, o, bu barədə “X” səhifəsində yazıb.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusunun hücum etdiyi obyektlər cəbhə xəttindən 500 kilometrdən çox, təxminən 700 kilometr uzaqlıqda yerləşir.

Ukrayna lideri sözügedən müəssisələrin Rusiyanın dron istehsalı komponentlərinin təchizatında və naviqasiya texnologiyasının hazırlanmasında istifadə olunduğunu bildirib.

“Bundan başqa, bir neft təsisatı da vurulub. Əlavə olaraq, Ukraynanın ortamənzilli zərbələri Qara və Azov dənizlərindəki hədəflərə, müvəqqəti işğal olunmuş Krımdakı obyektlərə də dəyib”, - Zelenski qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR