Bank Of Baku

Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
# 18 iyul 2026 15:56 (UTC +04:00)

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası çərçivəsində Özbəkistanda bir sıra görüşlər keçirib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Firudin Qurbanov Özbəkistanın məktəbəqədər və ümumi təhsil nazirinin müavini Farxod Bokiyev ilə görüşüb. Görüşdə məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın inkişafı, STEAM əsaslı təhsilin təşviqi, Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisi, eləcə də gələcək birgə təşəbbüslər müzakirə olunub.

Səfər çərçivəsində nazir müavini Abdulla Avloni adına Milli Pedaqoji Peşəkarlıq İnstitutunu ziyarət edib. İnstitutun nəzdində fəaliyyət göstərən STEAM mərkəzində yaradılmış şərait və infrastrukturla tanış olub.

Nazir müavini Firudin Qurbanov Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Radjabov ilə də görüşüb. Görüşdə universitetlərarası əməkdaşlığın genişləndirilməsi, hər iki ölkədə təhsil alan tələbələrin sayının qarşılıqlı artırılması, Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması və ali təhsil sahəsində birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR