Bank Of Baku

Ukrayna ordusu Moskva vilayətinə dron zərbəsi endirib, 26 nəfər xəsarət alıb - FOTO

Ukrayna ordusu Moskva vilayətinə dron zərbəsi endirib, 26 nəfər xəsarət alıb - FOTO
# 18 iyul 2026 09:24 (UTC +04:00)

Ukrayna ordusu Moskva vilayətinə dron zərbəsi endirib, xəsarət alanlar var.

Rusiya mediasının xəbərinə görə, bu barədə vilayət qubernatoru Andrey Vorobyov bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusunun Moskva vilayətindəki Elektrostal və Noqinsk şəhərlərinə hücumları nəticəsində 26 nəfər xəsarət alıb.

Qubernator Noqinskdəki neft anbarında və Elektrostaldakı “Wildberries” anbarında yanğınların baş verdiyini təsdiqləyib.

Onun sözlərinə görə, hər iki obyektə Ukrayna dronları düşüb və nəticədə yanğın başlayıb.

“Təhlükəsizlik məqsədilə hadisə yerinin yaxınlığında yerləşən doğum evi təxliyə edilib. Bütün xəstələr və işçilər dərhal digər tibb müəssisələrinə köçürülüb”, - Andrey Vorobyov qeyd edib.

O, Noqinskdə 2 nəfərin, Elektrostalda isə daha 24 nəfərin yaralandığını vurğulayıb.

Qubernator əlavə edib ki, Moskva vilayətində bir gecədə 48 Ukrayna dronu vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR