Kişineu görüşü pozitiv müstəvidə keçib, danışıqlar davam etdiriləcək

Kişineu görüşü pozitiv müstəvidə keçib, danışıqlar davam etdiriləcək
# 01 iyun 2023 22:00 (UTC +04:00)

Bu gün Kişineuda Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Aİ liderlərinin iştirakı ilə keçirilən beştərəfli, qeyri- rəsmi formatlı görüşün pozitiv müstəvidə keçdiyi bildirilir.

APA xəbər verir ki, görüşdə əsasən sülh müqaviləsi ilə bağlı danışıqların davam etdirilməsinin vacibliyi danışılıb.

İyulun 21-də isə Brüsseldə növbəti üçtərəfli görüş keçiriləcək.

Buna qədər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda növbəti görüşü də keçiriləcək.

Vaşinqtondakı danışıqlarda əsas müzakirə mövzusunun sülh müqaviləsi olacağı barədə məlumat var.

Brüssel formatında Şarl Mişelin vasitəsilə aparılan danışıqlar daha çox koordinasiya xarakteri daşıyır və əsas müzakirələrin bu üçtərəfli görüşdə aparıldığını qeyd eləmək mümkündür.

Budəfəki görüşdə Fransa və Almaniyanın iştirakının isə ümumilikdə qeyri-formal xarakter daşıdığını izləmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR