KTMT: Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik

İmanqali Tasmaqambetov

© APA | İmanqali Tasmaqambetov

# 18 may 2023 13:42 (UTC +04:00)

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik.

APA xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov KTMT Parlament Assambleyası (KTMT PA) Şurasının iclasında iştirak etmək üçün Belarusun paytaxtı Minskə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Tasmaqambetov qeyd edib ki, Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı mütəmadi danışıqlar aparılır və bu yaxınlarda Avropada daha bir görüş baş tutub.

KTMT rəhbəri onu da vurğulayıb ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi praktiki olaraq 1991-ci il "Alma-Ata bəyannaməsi"nə əsasən iki ölkə arasındakı sərhədləri tanıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR