Lavrov: "Üçtərəfli İşçi Qrup dəmir yolu marşrutunu razılaşdırıb, avtomobil marşrutunun razılaşdırılması bitmək üzrədir"

Lavrov: "Üçtərəfli İşçi Qrup dəmir yolu marşrutunu razılaşdırıb, avtomobil marşrutunun razılaşdırılması bitmək üzrədir"
# 09 iyun 2022 13:36 (UTC +04:00)

“Üçtərəfli İşçi Qrupun iyunun 3-də baş tutmuş görüşünün nəticələrini müsbət dəyərləndirirəm. Düşünmürəm ki, Üçtərəfli İşçi Qrupun fəaliyyətində fasilə uzun çəkib”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov Üçtərəfli İşçi Qrupun ritmik işlədiyini vurğulayıb: “Bildiyiniz kimi, dəmir yolu marşrutu artıq razılaşdırılıb. Hazırda avtomobil marşrutunun razılaşdırılması bitmək üzrədir. Tətbiq olunacaq rejimin də razılaşdırılması başa çatmaq üzrədir. Bu rejim sadələşdirilmiş olacaq və tamamilə Ermənistan ərazisinin suverenliyinə əsaslanacaq. Burada heç bir ikimənalılıq ola bilməz. Bəli, bu, “yerdə”ki praktik fəaliyyətlə bağlı olan məsələdir, hansı ki, uzun illər üçün infrastrukturun yaradılması ilə bağlıdır. Ona görə də, necə deyərlər, “yüz ölçüb, bir biçmək” lazımdır. Bizdə tam təəssürat var ki, Azərbaycan və Ermənistandan olan həmkarlarımız da belə hesab edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR