Lavrovun Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndəsi Bakıya gələcək

İqor Xovayev

© APA | İqor Xovayev

# 20 aprel 2022 19:04 (UTC +04:00)

Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin vəzifəsi azərbaycanlı və erməni tərəfdaşlara sülh müqaviləsini hazırlamaqda kömək etməkdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, xüsusi nümayəndə artıq aktiv olaraq işə qoşulduğunu və İrəvanda faydalı məsləhətləşmələr apardığını vurğulayıb.

“Yaxın vaxtlarda onun Bakıya səfəri də razılaşdırılıb”, - Rusiya XİN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR