Litva səfirliyi: "Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir"

Litva səfirliyi: "Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir"
# 27 yanvar 2023 16:41 (UTC +04:00)

Litvanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, bu barədə səfirliyin “Twitter” hesabında paylaşım edilib.

“Azərbaycanın Tehrandakı səfirliyinə insan tələfatı və yaralılarla nəticələnən silahlı hücumla bağlı yayılan xəbərlərdən dəhşətə gəldik. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı veririk”, - paylaşımda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR