MDB Parlamentlərarası Assambleya Şurasının iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

MDB Parlamentlərarası Assambleya Şurasının iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər
# 01 iyun 2023 11:00 (UTC +04:00)

Azərbaycanda səfərdə olan MDB Parlamentlərarası Assambleya Şurasının iştirakçıları iyunun 1-də Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

APA xəbər verir ki, qonaqlar Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR