Meksika səfiri: “Azərbaycanla tərəfdaşlıqdan məmnunuq” - VİDEO

Xuan Rodriqo Labardini Flores

© APA | Xuan Rodriqo Labardini Flores

# 21 aprel 2022 13:17 (UTC +04:00)

“Azərbaycanla tərəfdaşlıqdan məmnunuq”.

APA xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores deyib.

O bildirib ki, 1995-2014-cü illərdə Azərbaycanla Meksika arasında ticarət dövriyyəsinin həcmi 3,3 milyon dollardan 75 milyon dollara yüksəlib.

“Bu, böyük rəqəmdir. Biz Azərbaycanla tərəfdaşlıqdan məmnunuq. Bu rəqəm Azərbaycan və Meksika, Sakit Okean Alyansı ölkələri arasında əlaqələrin güclənməsinin göstəricisidir. Sakit Okean Alyansı Azərbaycanla münasibətləri müxtəlif sahələrdə daha da genişləndirmək istəyir. Bizim platformamız gender bərabərliyi, xalqlararası əlaqələr və mübadilə, turizm sektorunu prioritet elan edir. Meksika ilə münasibətlərə gəlincə, biz Azərbaycanla mədəniyyət, iqtisadiyyat, humanitar, texniki sahələrdə əlaqələrimizi dərinləşdirmək istəyirik. Xüsusilə də geologiya sahəsində əməkdaşlıq imkanlarını vurğulamaq istərdim”, - diplomat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR