Mirzoyan: Sərhədlərin delimitasiyası üçün hansı xəritədən istifadə edilməsinə dair yekun razılaşma yoxdur

Mirzoyan: Sərhədlərin delimitasiyası üçün hansı xəritədən istifadə edilməsinə dair yekun razılaşma yoxdur
# 05 iyun 2023 12:27 (UTC +04:00)

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üçün hansı xəritədən istifadə edilməsinə dair yekun razılaşma yoxdur.

APA xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində deyib.

Bununla belə o, tərəflərin bu istiqamətdə işləri ötən ilin oktyabrında Praqa görüşündə razılaşdırılmış Alma-Ata Bəyannaməsinə uyğun şəkildə aparılması öhdəliklərinin olduğunu qeyd edib.

Qeyd edək ki, Alma-Ata bəyannaməsinə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycanın ərazisi kimi təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR