MM-də təmsil olunan siyasi partiyaların nümayəndələri AŞPA həmməruzəçiləri ilə görüşüb

MM-də təmsil olunan siyasi partiyaların nümayəndələri AŞPA həmməruzəçiləri ilə görüşüb
# 05 iyun 2023 17:03 (UTC +04:00)

İyunun 5-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri AŞPA-nın Monitorinq komitəsinin həmməruzəçiləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşdə AŞPA-nın həmməruzəçiləri cənab Yan Lidel-Qreynger (Birləşmiş Krallıq), Liz Kristofersen (Norveç) və Monitorinq komitəsinin katibi Aynyaska Szklanna Azərbaycanda parlament və hökumətin fəaliyyəti, partiyalarının mövcud durumu necə dəyərləndirməsi ilə maraqlanıblar.

Milli Məclisin deputatları - Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici Hikmət Məmmədov, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev qonaqlara ölkənin siyasi sistemi, partiyaların parlamentdə təmsilçiliyi, parlament fəaliyyəti haqqında məlumat veriblər. Deputatlar Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi, parlamentdə təmsil olunan müxalifət partiyalarının qanunyaradıcılığı prosesində və parlament müzakirələrində iştirakı, gələcək planları barədə danışıblar.

Söhbət zamanı regiondakı vəziyyət, regional təhlükəsizlik, sülh quruculuğu prosesləri, işğaldan azad edilmiş ərazilərdə görülən bərpa işləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR