Moldova parlamentinin spikeri Azərbaycanın İrandakı səfirliyinə hücumu qınayıb

Moldova Parlamentinin spikeri İqor Qrosu

© APA | Moldova Parlamentinin spikeri İqor Qrosu

# 27 yanvar 2023 18:42 (UTC +04:00)

Moldova parlamentinin spikeri İqor Qrosu Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, bu barədə parlamentin spikeri "Twitter" hesabında paylaşım edib.

"Azərbaycanın İrandakı səfirliyinin qətlə yetirilən əməkdaşının ailəsinə dərin hüznlə başsağlığı veririk. Ümid edirəm ki, ciddi araşdırma aparılacaq, məsuliyyət daşıyanlar və hadisənin motivləri üzə çıxarılacaq. İstənilən ölkənin vətəndaşları özlərini təhlükəsiz və müdafiə olunduğunu hiss etməyə layiqdir", - spiker bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR